Qəbiristanlıqda oturmaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ عَمْرِو بْنِ قَيْسٍ ، عَنِ الْمِنْهَالِ بْنِ عَمْرٍو ، عَنْ زَاذَانَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي جِنَازَةٍ ، فَانْتَهَيْنَا إِلَى الْقَبْرِ , فَجَلَسَ ، وَجَلَسْنَا ، كَأَنَّ عَلَى رُؤُوسِنَا الطَّيْرَ.
“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə bir cənazəni dəfn etmək üçün çıxmışdıq. Onu qəbrə qədər müşayiət etdik. Peyğəmbər ﷺ oturdu, biz də oturduq. Sanki başımıza quş qonmuşdu”.”
Bəra ibn Azib
Səhihİstinad
İbn Məcə, 1549 (Cənazələr, 117)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər