Cənazəyə aid fəsillər

Qəbiristanlıqda ayaqqabıların çıxarılması haqda nə rəvayət olunub?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَسْوَدُ بْنُ شَيْبَانَ ، عَنْ خَالِدِ بْنِ سُمَيْرٍ ، عَنْ بَشِيرِ بْنِ نَهِيكٍ ، عَنْ بَشِيرِ ابْنِ الْخَصَاصِيَةِ ، قَالَ : بَيْنَمَا أَنَا أَمْشِي مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : يَا ابْنَ الْخَصَاصِيَّةِ , مَا تَنْقِمُ عَلَى اللهِ ؟ أَصْبَحْتَ تُمَاشِي رَسُولَ اللهِ , فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا أَنْقِمُ عَلَى اللهِ شَيْئًا ، كُلَّ خَيْرٍ قَدْ آتَانِيهِ اللَّهُ ، فَمَرَّ عَلَى مَقَابِرِ الْمُسْلِمِينَ ، فَقَالَ : أَدْرَكَ هَؤُلاَءِ خَيْرًا كَثِيرًا , وَمَرَّ عَلَى مَقَابِرِ الْمُشْرِكِينَ ، فَقَالَ : سَبَقَ هَؤُلاَءِ خَيْرًا كَثِيرًا , قَالَ : فَالْتَفَتَ ، فَرَأَى رَجُلاً يَمْشِي بَيْنَ الْمَقَابِرِ فِي نَعْلَيْهِ ، فَقَالَ : يَا صَاحِبَ السِّبْتِيَّتَيْنِ أَلْقِهِمَا. حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، قَالَ : كَانَ عَبْدُ اللهِ بْنُ عُثْمَانَ يَقُولُ : حَدِيثٌ جَيِّدٌ وَرَجُلٌ ثِقَةٌ.

“Rəvayət edilir ki, Bəşir ibn Xasasiyə ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ilə birlikdə piyada getdiyimiz vaxt mənə belə dedi: “Ey İbn əl-Xasasiyə! Allahdan hansı məsələdə razı deyilsən? Allah Elçisi ﷺ ilə bir yerdə gəzmək nemətinə qovuşdun!” Mən dedim: “Ey Allahın Elçisi, Allahdan hər şeyə görə razıyam. Bütün xeyirləri mənə Allah əta edib”. Sonra müsəlmanların qəbiristanlığının yanından keçdi və dedi: “Bunlar bir çox xeyrə qovuşdular”. Sonra müşriklərin qəbiristanlığının yanından keçəndə belə dedi: “Bunlar bir çox xeyirdən üz döndərdilər”. Ravi deyir: “Sonra baxıb qəbiristanlıqda ayaqqabıda gəzən bir adam gördü və dedi: “Ey ayaqqabı ilə gəzən, ayaqqabılarını çıxart!””

Bəşir ibn Xasasiyə
Həsən

İstinad

İbn Məcə, 1568 (Cənazələr, 136)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər