Müşriklərin qəbirlərini ziyarət etmək haqda nə rəvayət olunub?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : زَارَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَبْرَ أُمِّهِ ، فَبَكَى وَأَبْكَى مَنْ حَوْلَهُ ، فَقَالَ : اسْتَأْذَنْتُ رَبِّي فِي أَنْ أَسْتَغْفِرَ لَهَا ، فَلَمْ يَأْذَنْ لِي ، وَاسْتَأْذَنْتُ رَبِّي فِي أَنْ أَزُورَ قَبْرَهَا فَأَذِنَ ، فَزُورُوا الْقُبُورَ ، فَإِنَّهَا تُذَكِّرُكُمُ الْمَوْتَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ anasının qəbrini ziyarət etdi. Ağladı və ətrafında olanları da ağlatdı, sonra belə buyurdu: “Rəbbimdən “Anam üçün bağışlanma diləyə bilərəmmi?” deyə izin istədim, lakin izin vermədi. Qəbrini ziyarət etmək üçün izin istədim, Rəbbim mənə izin verdi. Qəbirləri ziyarət edin, çünki o, ölümü yada salır”.”
İstinad
İbn Məcə, 1572 (Cənazələr, 140)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər