Cənazəyə aid fəsillər

Vəfat edən üçün fəryad edib ağlamağın qadağan olunması haqda nə rəvayət olunub?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، حَدَّثَنَا عُمَرُ بْنُ رَاشِدٍ الْيَمَامِيُّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : النِّيَاحَةُ عَلَى الْمَيِّتِ مِنْ أَمْرِ الْجَاهِلِيَّةِ ، فَإِنَّ النَّائِحَةَ إِنْ لَمْ تَتُبْ قَبْلَ أَنْ تَمُوتَ ، فَإِنَّهَا تُبْعَثُ يَوْمَ الْقِيَامَةِ عَلَيْهَا سَرَابِيلُ مِنْ قَطِرَانٍ ، ثُمَّ يُعْلَى عَلَيْهَا بِدِرْعٍ مِنْ لَهَبِ النَّارِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Fəryad edib ağlamaq cahiliyyət adətlərindəndir. Fəryad edib ağlayan qadın tövbə etmədən ölərsə, Qiyamət günü ona qatrandan bir paltar və oddan bir köynək geyindirilmiş halda gələr”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1582 (Cənazələr, 150)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər