Cənazəyə aid fəsillər

Ölənin arxasınca ağlamağa görə ona əzab verilməsi haqda nə rəvayət olunub?

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، حَدَّثَنَا أَسِيدُ بْنُ أَبِي أَسِيدٍ ، عَنْ مُوسَى الأَشْعَرِيِّ ، عَنْ أَبِيهِ ؛ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْمَيِّتُ يُعَذَّبُ بِبُكَاءِ الْحَيِّ ، إِذَا قَالُوا : وَاعَضُدَاهُ ، وَاكَاسِيَاهُ ، وَانَاصِرَاهُ ، وَاجَبَلاَهُ ، وَنَحْوَ هَذَا ، يُتَعْتَعُ , وَيُقَالُ : أَنْتَ كَذَلِكَ ؟ أَنْتَ كَذَلِكَ ؟ قَالَ أَسِيدٌ : فَقُلْتُ : سُبْحَانَ اللهِ ، إِنَّ اللَّهَ يَقُولُ : {وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى} قَالَ : وَيْحَكَ , أُحَدِّثُكَ أَنَّ أَبَا مُوسَى حَدَّثَنِي عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَتُرَى أَنَّ أَبَا مُوسَى كَذَبَ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ أَوْ تُرَى أَنِّي كَذَبْتُ عَلَى أَبِي مُوسَى ؟.

“Musa əl-Əşari atasından rəvayət edir ki, Peyğəmbər belə buyurdu: “Sağ olanların ölənin arxasınca ağlamalarına görə ölənə əzab verilir. Onlar: “Vay qoruyucumuz, vay bizi geyindirənimiz, vay köməkçimiz, sığındığımız!”, - dedikdə ona deyilir: “Sən belə idin! Sən belə idin!” Ravi Əsid deyir: “Mən dedim: “Subhən-Allah! Axı Allah buyurur: “Heç bir günahkar başqasının günah yükünü daşımaz” (Fatir, 18). Musa dedi: “Vay olsun sənə! Mən sənə Əbu Musanın Allah Elçisindən ﷺ rəvayət etdiyi hədisi danışıram, sən isə Əbu Musanı Peyğəmbərin ﷺ adından yalan danışmaqda ittiham edirsən? Yoxsa məni Əbu Musanın adından yalan danışmaqda ittiham edirsən?””

Musa əl-Əşari atasından
Həsən

İstinad

İbn Məcə, 1594 (Cənazələr, 162)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər