Müsibət anında səbir etmək haqda nə rəvayət olunub?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ بْنُ قُدَامَةَ الْجُمَحِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ أَبَا سَلَمَةَ حَدَّثَهَا , أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ مُسْلِمٍ يُصَابُ بِمُصِيبَةٍ ، فَيَفْزَعُ إِلَى مَا أَمَرَ اللَّهُ بِهِ مِنْ قَوْلِهِ : {إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ} اللَّهُمَّ عِنْدَكَ احْتَسَبْتُ مُصِيبَتِي ، فَأْجُرْنِي فِيهَا ، وَعُضْنِي مِنْهَا ، إِلاَّ آجَرَهُ اللَّهُ عَلَيْهَا ، وَعَاضَهُ خَيْرًا مِنْهَا. قَالَتْ : فَلَمَّا تُوُفِّيَ أَبُو سَلَمَةَ , ذَكَرْتُ الَّذِي حَدَّثَنِي عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ ، اللَّهُمَّ عِنْدَكَ احْتَسَبْتُ مُصِيبَتِي هَذِهِ ، فَأْجُرْنِي عَلَيْهَا ، فَإِذَا أَرَدْتُ أَنْ أَقُولَ : وَعُضْنِي خَيْرًا مِنْهَا ، قُلْتُ فِي نَفْسِي : أُعَاضُ خَيْرًا مِنْ أَبِي سَلَمَةَ ؟ ثُمَّ قُلْتُهَا ، فَعَاضَنِي اللَّهُ مُحَمَّدًا صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَآجَرَنِي فِي مُصِيبَتِي.
“Ummu Sələmə ﵀ rəvayət edir ki, Əbu Sələmə ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Elə bir müsəlman yoxdur ki, başına müsibət gəlsə və Allahın “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq” (əl-Bəqərə, 156) ayəsi ilə əmr etdiyi kimi: “Allahım, mən başıma gələn müsibətin əvəzini Səndən istəyirəm, mənim savabımı ver və itirdiyimin əvəzinə daha xeyirlisini əta et!”- desin, Allah da ona başına gələn müsibətə görə savabını verməsin və itirdiyini daha xeyirlisini ilə əvəz etməsin”. Ummu Sələmə deyir: “Əbu Sələmə vəfat etdikdə onun Allah Elçisindən ﷺ danışdığı (bu) hədisə uyğun olaraq dedim: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, mən başıma gələn müsibətin əvəzini Səndən istəyirəm, mənim savabımı ver!” Elə: “Onu daha xeyirlisi ilə əvəz et”- demək istəyirdim ki, öz-özümə dedim: “Əbu Sələmədən xeyirli kim ola bilər ki?” Sonra da duanın son hissəsini: “İtirdiyimin əvəzinə ondan daha xeyirlisini əta et!”- dedim. Allah da mənə Muhəmmədi ﷺ əta etdi və başıma gələn müsibətə görə savab verdi”.”
İstinad
İbn Məcə, 1598 (Cənazələr, 166)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər