Vəfat edənin ailəsinə yemək göndərilməsi haqda nə rəvayət edilib?
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ جَعْفَرِ بْنِ خَالِدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، قَالَ : لَمَّا جَاءَ نَعْيُ جَعْفَرٍ , قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اصْنَعُوا لآلِ جَعْفَرٍ طَعَامًا ، فَقَدْ أَتَاهُمْ مَا يَشْغَلُهُمْ ، أَوْ أَمْرٌ يَشْغَلُهُمْ.
“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵁ demişdir: “Cəfərin ölüm xəbəri gəldikdə Allah Elçisi ﷺ belə buyurdu: “Cəfərin ailəsinə yemək bişirin, çünki onların başına iş gəlib (və ya onların başı qarışıqdı)”.”
İstinad
İbn Məcə, 1610 (Cənazələr, 178)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər