Ramazan ayını oruc tutaraq qarşılamağın qadağan olması və nafilə orucu tutanın orucunun bu günə təsadüf etməsi haqda nə rəvayət edilib?
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ حَبِيبٍ ، وَالْوَلِيدُ بْنُ مُسْلِمٍ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَقَدَّمُوا صِيَامَ رَمَضَانَ بِيَوْمٍ وَلاَ يَوْمَيْنِ ، إِلاَّ رَجُلٌ كَانَ يَصُومُ صَوْمًا فَيَصُومُهُ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ramazan ayını bir və iki gün oruc tutaraq qarşılamayın. Bundan yalnız oruc tutmağa adət edib həmin günə təsadüf edən istisnadır”.”
İstinad
İbn Məcə, 1650 (Oruc, 13)
Sunən İbn Məcə — Oruca aid fəsillər