Oruca aid fəsillər

Səfərdə oruc tutmaq haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : سَأَلَ حَمْزَةُ الأَسْلَمِيُّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنِّي أَصُومُ ، أَفَأَصُومُ فِي السَّفَرِ ؟ فَقَالَ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنْ شِئْتَ فَصُمْ ، وَإِنْ شِئْتَ فَأَفْطِرْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Həmzə əl-Əsləmi Allah Elçisindən ﷺ: “Mən adi vaxtlarda tez-tez oruc tuturam, bəs səfərdə olanda oruc tuta bilərəm?”- deyə soruşdu. Allah Elçisi ﷺ buyurdu: “İstəyirsən, tut, istəyirsən, tutma”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1662 (Oruc, 25)

Sunən İbn Məcə — Oruca aid fəsillər