Hamilə və uşaq əmizdirənin oruc tutmaması haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ أَبِي هِلاَلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَوَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ , رَجُلٍ مِنْ بَنِي عَبْدِ الأَشْهَلِ ، وَقَالَ عَلِيُّ بْنُ مُحَمَّدٍ : مِنْ بَنِي عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، قَالَ : أَغَارَتْ عَلَيْنَا خَيْلُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ يَتَغَدَّى , فَقَالَ : ادْنُ فَكُلْ , قُلْتُ : إِنِّي صَائِمٌ ، قَالَ : اجْلِسْ أُحَدِّثْكَ عَنِ الصَّوْمِ أَوِ الصِّيَامِ ، إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَضَعَ عَنِ الْمُسَافِرِ شَطْرَ الصَّلاَةِ ، وَعَنِ الْمُسَافِرِ وَالْحَامِلِ أَوِ الْمُرْضِعِ الصَّوْمَ ، أَوِ الصِّيَامَ , وَاللَّهِ لَقَدْ قَالَهُمَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، كِلْتَاهُمَا أَوْ إِحْدَاهُمَا ، فَيَا لَهْفَ نَفْسِي ، فَهَلاَّ كُنْتُ طَعِمْتُ مِنْ طَعَامِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bəni Abdul-Əşhəl tayfasından olan bir kişi Əli ibn Muhəmməd Bəni Abdullah ibn Kəb tayfasından belə rəvayət etmişdir: “Allah Elçisinin ﷺ atlı dəstəsi bizə hücum edərək mallarımızı götürüb apardılar. Sonra mən Mədinəyə Allah Elçisinin ﷺ yanına gəldim. O bu vaxt günorta yeməyini yeyirdi. Mənə dedi: “Gəl nahar et!” Mən: “Mən orucam”- dedim. Peyğəmbər ﷺ buyurdu: “Otur, sənə oruc haqda danışım. Həqiqətən, Allah ﷿ müsafirin üzərindən namazın yarısını götürmüşdür. Həmçinin müsafirdən, hamilədən və uşaq əmizdirən qadından da oruc yükünü götürmüşdür”. Vallahi, bilmədim Peyğəmbər ﷺ hamilə qadının və uşaq əmizdirənin hər ikisini qeyd etdi, yoxsa birini. Allah Elçisinin ﷺ yeməyindən də nəyə görə yemədiyimə peşmanam”.”
İstinad
İbn Məcə, 1667 (Oruc, 30)
Sunən İbn Məcə — Oruca aid fəsillər