Ramazan ayının bir gününün orucunu pozanın kəffarəsi haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجُلٌ فَقَالَ : هَلَكْتُ ، قَالَ : وَمَا أَهْلَكَكَ ؟ قَالَ : وَقَعْتُ عَلَى امْرَأَتِي فِي رَمَضَانَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعْتِقْ رَقَبَةً , قَالَ : لاَ أَجِدُ ، قَالَ : صُمْ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ , قَالَ : لاَ أُطِيقُ ، قَالَ : أَطْعِمْ سِتِّينَ مِسْكِينًا , قَالَ : لاَ أَجِدُ ، قَالَ : اجْلِسْ , فَجَلَسَ ، فَبَيْنَمَا هُوَ كَذَلِكَ , إِذْ أُتِيَ بِمِكْتَلٍ ، يُدْعَى الْعَرَقَ ، فَقَالَ : اذْهَبْ ، فَتَصَدَّقْ بِهِ , قَالَ : يَا رَسُولَ اللهِ ، وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ ، مَا بَيْنَ لاَبَتَيْهَا أَهْلُ بَيْتٍ أَحْوَجُ إِلَيْهِ مِنَّا ، قَالَ : فَانْطَلِقْ , فَأَطْعِمْهُ عِيَالَكَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Peyğəmbərin ﷺ yanına bir kişi gəlib dedi: “Həlak oldum!” Peyğəmbər ﷺ dedi: “Səni həlak edən nədir?” Kişi dedi: “Ramazan ayının gündüz vaxtı zövcəmlə yaxınlıq etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Bir qul azad et!” Kişi dedi: “(Onu azad etmək üçün) pul tapa bilmərəm”. Peyğəmbər ﷺ buyurdu: “İki ay ard-arda oruc tut!” Kişi dedi: “Gücüm çatmaz”. Peyğəmbər ﷺ buyurdu: “Altmış kasıbı yedirt!” Kişi dedi: “(Bunun üçün) pul tapa bilmərəm”. Peyğəmbər ﷺ buyurdu: “Otur!” Kişi oturdu və oturub gözləyərkən “araq” deyilən bir səbətdə xurma gətirdilər. Peyğəmbər ﷺ buyurdu: “Get, bunu sədəqə et!” Kişi dedi: “Ey Allahın Elçisi, səni haqq ilə gönədərənə and olsun! Mədinənin iki qara daşlıq ərazisində bizim ailəmizdən daha ehtiyaclı ailə yoxdur”. Peyğəmbər ﷺ buyurdu: “Get, bunu ailənə ver!””
İstinad
İbn Məcə, 1671 (Oruc, 34)
Sunən İbn Məcə — Oruca aid fəsillər