Oruc tutanın qan aldırması haqda nə rəvayət edilib?
وَبِإِسْنَادِهِ ، عَنْ أَبِي قِلاَبَةَ ، أَنَّهُ أَخْبَرَهُ , أَنَّ شَدَّادَ بْنَ أَوْسٍ بَيْنَمَا هُوَ يَمْشِي مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالْبَقِيعِ ، فَمَرَّ عَلَى رَجُلٍ يَحْتَجِمُ , بَعْدَ مَا مَضَى مِنَ الشَّهْرِ ثَمَانِيَ عَشْرَةَ لَيْلَةً ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَفْطَرَ الْحَاجِمُ وَالْمَحْجُومُ.
“Rəvayət edilir ki, Şəddad ibn Əus ﵁ Ramazan ayında on səkkiz gecə keçəndən sonra bir gün Allah Elçisi ﷺ ilə birlikdə əl-Bəqi qəbiristanlığının yanından keçərkən qan alan adamla rastlaşdı. Allah Elçisi ﷺ belə buyurdu: “Qan alanın da, aldıranın da orucu pozulmuşdur”.”
İstinad
İbn Məcə, 1681 (Oruc, 44)
Sunən İbn Məcə — Oruca aid fəsillər