Oruca aid fəsillər

Oruc olan adamın zövcəsini qucaqlaması haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، قَالَ : دَخَلَ الأَسْوَدُ ، وَمَسْرُوقٌ عَلَى عَائِشَةَ ، فَقَالاَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُبَاشِرُ وَهُوَ صَائِمٌ ؟ قَالَتْ : كَانَ يَفْعَلُ ، وَكَانَ أَمْلَكَكُمْ لإِرْبِهِ.

“Rəvayət edilir ki, İbrahim ﵀ demişdir: “əl-Əsvəd və Məsruq Aişənin yanına gəlib dedilər: “Allah Elçisi ﷺ oruc olduğu vaxt zövcəsini qucaqlayardımı?” Aişə dedi: “O, belə edərdi. Hansı biriniz özünə hakim ola bilər?””

İbrahim
Səhih

İstinad

İbn Məcə, 1687 (Oruc, 50)

Sunən İbn Məcə — Oruca aid fəsillər