Səhuru gecikdirmək haqda nə rəvayət edilib?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامٍ الدَّسْتُوَائِيِّ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : تَسَحَّرْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ثُمَّ قُمْنَا إِلَى الصَّلاَةِ ، قُلْتُ : كَمْ بَيْنَهُمَا ؟ قَالَ : قَدْرُ قِرَاءَةِ خَمْسِينَ آيَةً.
“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə səhur etdik. Sonra namaz qılmaq üçün ayağa durduq”. Ravi deyir: “Səhur yeməyi ilə Sübh namazının azanı arasında nə qədər vaxt var idi?” Zeyd dedi: “Əlli ayə oxunacaq qədər vaxt var idi”.”
Zeyd ibn Sabit
Həsənİstinad
İbn Məcə, 1694 (Oruc, 57)
Sunən İbn Məcə — Oruca aid fəsillər