Oruca aid fəsillər

Ara vermədən il boyu oruc tutmaq haqda nə rəvayət edilib?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ مِسْعَرٍ ، وَسُفْيَانَ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ أَبِي الْعَبَّاسِ الْمَكِّيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ صَامَ مَنْ صَامَ الأَبَدَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ara vermədən il boyu oruc tutan adam oruc tutmamışdır”.”

Abdullah ibn Amr
Səhih

İstinad

İbn Məcə, 1706 (Oruc, 69)

Sunən İbn Məcə — Oruca aid fəsillər