Peyğəmbərin ﷺ orucu haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ عَنْ صَوْمِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ فَقَالَتْ : كَانَ يَصُومُ حَتَّى نَقُولَ : قَدْ صَامَ ، وَيُفْطِرُ حَتَّى نَقُولَ : قَدْ أَفْطَرَ ، وَلَمْ أَرَهُ صَامَ مِنْ شَهْرٍ قَطُّ ، أَكْثَرَ مِنْ صِيَامِهِ مِنْ شَعْبَانَ ، كَانَ يَصُومُ شَعْبَانَ كُلَّهُ ، كَانَ يَصُومُ شَعْبَانَ إِلاَّ قَلِيلاً.
“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Aişədən Peyğəmbərin ﷺ orucu haqda soruşdum. O dedi: “Allah Elçisi ﷺ o qədər oruc tutardı ki, biz bu ay tam şəkildə oruc tutacağını deyərdik. Oruc tutmadıqda isə, bu ayı heç oruc tutmayacağını deyərdik. Onun heç bir ayda Şaban ayında olduğu kimi çox oruc tutduğunu görmədik. O, Şaban ayının çox hissəsini oruclu olardı”.”
İstinad
İbn Məcə, 1710 (Oruc, 73)
Sunən İbn Məcə — Oruca aid fəsillər