Oruca aid fəsillər

Ramazan və Qurban bayramında oruc tutmağın qadağan olması haqda nə rəvayət edilib?

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي عُبَيْدٍ ، قَالَ : شَهِدْتُ الْعِيدَ مَعَ عُمَرَ بْنِ الْخَطَّابِ ، فَبَدَأَ بِالصَّلاَةِ قَبْلَ الْخُطْبَةِ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ صِيَامِ هَذَيْنِ الْيَوْمَيْنِ ، يَوْمِ الْفِطْرِ وَيَوْمِ الأَضْحَى ، أَمَّا يَوْمُ الْفِطْرِ ، فَيَوْمُ فِطْرِكُمْ مِنْ صِيَامِكُمْ ، وَيَوْمُ الأَضْحَى , تَأْكُلُونَ فِيهِ مِنْ لَحْمِ نُسُكِكُمْ.

“Rəvayət edilir ki, Əbu Ubeyd ﵀ demişdir: “Mən Ömər ibn əl-Xattabla birlikdə Qurban bayramında iştirak etmişdim. O, xütbədən qabaq namaz qıldırdı və dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bu iki gündə - Ramazan və Qurban bayramı günlərində oruc tutmağı qadağan etmişdir. Ramazan bayramı oruc tutmadığınız gün, Qurban bayramı isə qurban əti yediyiniz gündür”.”

Əbu Ubeyd
Səhih

İstinad

İbn Məcə, 1722 (Oruc, 85)

Sunən İbn Məcə — Oruca aid fəsillər