Zil-Hiccənin on günü oruc tutmaq
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُسْلِمٍ الْبَطِينِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْ أَيَّامٍ , الْعَمَلُ الصَّالِحُ فِيهَا أَحَبُّ إِلَى اللهِ ، مِنْ هَذِهِ الأَيَّامِ , يَعْنِي الْعَشْرَ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، وَلاَ الْجِهَادُ فِي سَبِيلِ اللهِ ؟ قَالَ : وَلاَ الْجِهَادُ فِي سَبِيلِ اللهِ ، إِلاَّ رَجُلٌ خَرَجَ بِنَفْسِهِ وَمَالِهِ ، فَلَمْ يَرْجِعْ مِنْ ذَلِكَ بِشَيْءٍ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allaha bu on gündə edilən əməllər digər günlərdə edilən əməllərdən daha sevimlidir”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, Allah yolunda cihaddan da?” Peyğəmbər ﷺ buyurdu: “Allah yolunda edilən cihaddan da! Yalnız öz canı və malı ilə Allah yolunda cihada gedib qayıtmayan (yəni şəhid olan) kişi istisnadır”.”
İstinad
İbn Məcə, 1727 (Oruc, 90)
Sunən İbn Məcə — Oruca aid fəsillər