Oruca aid fəsillər

Haram aylarda oruc tutmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الْحِمْيَرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : أَيُّ الصِّيَامِ أَفْضَلُ بَعْدَ شَهْرِ رَمَضَانَ ؟ قَالَ : شَهْرُ اللهِ , الَّذِي تَدْعُونَهُ الْمُحَرَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ramazan ayından sonra ən fəzilətli oruc hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Allahın ayı olan Muhərrəm ayında tutulan oruc”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1742 (Oruc, 105)

Sunən İbn Məcə — Oruca aid fəsillər