Oruca aid fəsillər

Nəzir orucu borcu ola-ola ölən

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُسْلِمٍ الْبَطِينِ ، وَالْحَكَمِ ، وَسَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، وَعَطَاءٍ ، وَمُجاهِدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُخْتِي مَاتَتْ وَعَلَيْهَا صِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ ، قَالَ : أَرَأَيْتِ لَوْ كَانَ عَلَى أُخْتِكِ دَيْنٌ ، أَكُنْتِ تَقْضِينَهُ ؟ قَالَتْ : بَلَى ، قَالَ : فَحَقُّ اللهِ أَحَقُّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim bacım vəfat edib və üzərində iki ay ard-arda oruc borcu qalıb”. Peyğəmbər ﷺ buyurdu: “Bacının borcu qalsaydı, onu ödəyərdinmi?” Qadın: “Bəli”- dedi. Peyğəmbər ﷺ də buyurdu: “Allahın haqqı isə daha böyük haqdır”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1758 (Oruc, 121)

Sunən İbn Məcə — Oruca aid fəsillər