Oruca aid fəsillər

Etikafın nə vaxt başlanıb nə vaxt bitməsi haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَعْلَى بْنُ عُبَيْدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا أَرَادَ أَنْ يَعْتَكِفَ صَلَّى الصُّبْحَ ، ثُمَّ دَخَلَ الْمَكَانَ الَّذِي يُرِيدُ أَنْ يَعْتَكِفَ فِيهِ ، فَأَرَادَ أَنْ يَعْتَكِفَ الْعَشْرَ الأَوَاخِرَ مِنْ رَمَضَانَ ، فَأَمَرَ , فَضُرِبَ لَهُ خِبَاءٌ ، فَأَمَرَتْ عَائِشَةُ بِخِبَاءٍ , فَضُرِبَ لَهَا ، وَأَمَرَتْ حَفْصَةُ بِخِبَاءٍ , فَضُرِبَ لَهَا ، فَلَمَّا رَأَتْ زَيْنَبُ خِبَاءَهُمَا أَمَرَتْ بِخِبَاءٍ , فَضُرِبَ لَهَا ، فَلَمَّا رَأَى ذَلِكَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : آلْبِرَّ تُرِدْنَ ؟ فَلَمْ يَعْتَكِفْ فِي رَمَضَانَ ، وَاعْتَكَفَ عَشْرًا مِنْ شَوَّالٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ etikaf etmək istəyəndə Sübh namazını qılar, etikaf etmək istədiyi yerə daxil olardı. Bir dəfə Ramazan ayının son on günündə onun üçün çadır qurulmasını əmr etdi. Aişə də onun üçün çadır qurulmasını əmr etdi və onun üçün çadır quruldu. Sonra Həfsa da onun üçün çadır qurulmasını əmr etdi və onun üçün çadır quruldu. Bunları gördükdə Zeynəb də onun üçün çadır qurulmasını əmr etdi və onun üçün də çadır quruldu. Allah Elçisi ﷺ bunları gördükdə: “Siz xeyirmi istəyirsiniz?”- dedi və Ramazan ayında etikaf etmədi. Sonra Şəvval ayından on gün etikaf etdi”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1771 (Oruc, 134)

Sunən İbn Məcə — Oruca aid fəsillər