Oruca aid fəsillər

Məsciddə qurulan çadırda etikaf etmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ , حَدَّثَنِي عُمَارَةُ بْنُ غَزِيَّةَ ، سَمِعْتُ مُحَمَّدَ بْنَ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ اعْتَكَفَ فِي قُبَّةٍ تُرْكِيَّةٍ ، عَلَى سُدَّتِهَا قِطْعَةُ حَصِيرٍ ، قَالَ : فَأَخَذَ الْحَصِيرَ بِيَدِهِ ، فَنَحَّاهَا فِي نَاحِيَةِ الْقُبَّةِ ، ثُمَّ أَطْلَعَ رَأْسَهُ , فَكَلَّمَ النَّاسَ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ türk çadırında etikaf etdi. Çadırın qapı tərəfində bir həsir parçası var idi. ...Ravi deyir ki, Allah Elçisi ﷺ əli ilə həsiri götürüb çadırın bir tərəfinə qoydu, sonra başını oradan çıxarıb camaata xütbə dedi.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

İbn Məcə, 1775 (Oruc, 138)

Sunən İbn Məcə — Oruca aid fəsillər