Zövcəsinin etikaf edəni məsciddə ziyarət etməsi
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، حَدَّثَنَا عُمَرُ بْنُ عُثْمَانَ بْنِ عُمَرَ بْنِ مُوسَى بْنِ عُبَيْدِ اللهِ بْنِ مَعْمَرٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي عَلِيُّ بْنُ الْحُسَيْنِ ، عَنْ صَفِيَّةَ بِنْتِ حُيَيٍّ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهَا جَاءَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ تَزُورُهُ وَهُوَ مُعْتَكِفٌ فِي الْمَسْجِدِ , فِي الْعَشْرِ الأَوَاخِرِ مِنْ شَهْرِ رَمَضَانَ ، فَتَحَدَّثَتْ عِنْدَهُ سَاعَةً مِنَ الْعِشَاءِ ، ثُمَّ قَامَتْ تَنْقَلِبُ ، فَقَامَ مَعَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْلِبُهَا ، حَتَّى إِذَا بَلَغَتْ بَابَ الْمَسْجِدِ الَّذِي كَانَ عِنْدَ مَسْكَنِ أُمِّ سَلَمَةَ ، زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، مَرَّ بِهِمَا رَجُلاَنِ مِنَ الأَنْصَارِ ، فَسَلَّمَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ نَفَذَا ، فَقَالَ لَهُمَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَى رِسْلِكُمَا ، إِنَّهَا صَفِيَّةُ بِنْتُ حُيَيٍّ , قَالاَ : سُبْحَانَ اللهِ , يَا رَسُولَ اللهِ ، وَكَبُرَ عَلَيْهِمَا ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ الشَّيْطَانَ يَجْرِي مِنَ ابْنِ آدَمَ مَجْرَى الدَّمِ ، وَإِنِّي خَشِيتُ أَنْ يَقْذِفَ فِي قُلُوبِكُمَا شَيْئًا.
“Rəvayət edilir ki, bir dəfə Peyğəmbərin ﷺ zövcəsi Safiyyə bint Huyey ﵂ Allah Elçisi ﷺ məsciddə etikaf edərkən onu ziyarət etməyə gəldi. Ramazan ayının son on günü idi. Allah Elçisi ﷺ İşa namazından sonra onunla bir saata yaxın söhbət etdikdən sonra qalxıb geri qayıtdıqda Peyğəmbər ﷺ də onunla birlikdə qalxdı və onu Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmənin evinin yaxınlığında yerləşən məscidin qapısına qədər yola saldı. Bu vaxt oradan ənsardan olan iki nəfər keçirdi. Onlar Allah Elçisinə ﷺ salam verib oradan tez ötüb getdilər. Allah Elçisi ﷺ onlara buyurdu: “Təsəməyin, o, Safiyyə bint Huyeydir”. Ənsarlı iki nəfər dedi: “Subhən-Allah, ey Allahın Elçisi! Biz səni pis hərəkət etməkdən uzaq görürük”. Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, şeytan Adəm övladının bədənindəki qan kimi onun bədənində gəzir. Mən sizin qəlbinizə bir şey girməsindən qorxdum”.”
İstinad
İbn Məcə, 1779 (Oruc, 142)
Sunən İbn Məcə — Oruca aid fəsillər