Zəkata aid fəsillər

Qoyunun zəkatı

حَدَّثَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ الأَوْدِيُّ ، حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، حَدَّثَنَا عَبْدُ السَّلاَمِ بْنُ حَرْبٍ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هِنْدٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فِي أَرْبَعِينَ شَاةً شَاةٌ , إِلَى عِشْرِينَ وَمِئَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً ، فَفِيهَا شَاتَانِ , إِلَى مِئَتَيْنِ ، فَإِنْ زَادَتْ وَاحِدَةً ، فَفِيهَا ثَلاَثُ شِيَاهٍ , إِلَى ثَلاَثِ مِئَةٍ ، فَإِنْ زَادَتْ , فَفِي كُلِّ مِئَةٍ شَاةٌ ، لاَ يُفَرَّقُ بَيْنَ مُجْتَمِعٍ ، وَلاَ يُجْمَعُ بَيْنَ مُتَفَرِّقٍ , خَشْيَةَ الصَّدَقَةِ ، وَكُلُّ خَلِيطَيْنِ يَتَرَاجَعَانِ بِالسَّوِيَّةِ ، وَلَيْسَ لِلْمُصَدِّقِ هَرِمَةٌ ، وَلاَ ذَاتُ عَوَارٍ ، وَلاَ تَيْسٌ ، إِلاَّ أَنْ يَشَاءَ الْمُصَّدِّقُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qırxdan yüz iyirmiyə qədər qoyun və ya keçidən bir qoyun və ya keçi zəkat verilir. Yüz iyirmi birdən iki yüzə qədər iki qoyun zəkat verilir. İki yüz birdən üç yüzə qədər üç qoyun zəkat verilir. Qoyunlar artdıqca hər yüz qoyuna bir qoyun zəkat verilir. Bir neçə nəfərin malı birləşdirilərək zəkatın bir nəfərin malı kimi çıxarılması olmaz. Bir nəfərin malı isə zəkat verməmək üçün bir neçə nəfərin arasında bölüşdürülməməlidir. Şəriklər müştərək mallara görə verilən zəkatlarını şəriklik miqdarına görə verirlər. Zəkat məmuru heyvanları yaşlı və zəif olanlarını götürmədiyi kimi, təkəni də götürə bilməz, lakin mal yiyəsi istəsə, qoç əvəzi təkəni verə bilər”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1807 (Zəkat, 25)

Sunən İbn Məcə — Zəkata aid fəsillər