Zəkata aid fəsillər

Zəkat toplayan məmurlar haqda nə rəvayət edilib?

حَدَّثَنَا عَمْرُو بْنُ سَوَّادٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا ابْنُ وَهْبٍ ، أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ مُوسَى بْنَ جُبَيْرٍ حَدَّثَهُ , أَنَّ عَبْدَ اللهِ بْنَ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحُبَابِ الأَنْصَارِيَّ حَدَّثَهُ , أَنَّ عَبْدَ اللهِ بْنَ أُنَيْسٍ حَدَّثَهُ , أَنَّهُ تَذَاكَرَ هُوَ وَعُمَرُ بْنُ الْخَطَّابِ يَوْمًا الصَّدَقَةَ ، فَقَالَ عُمَرُ : أَلَمْ تَسْمَعْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ يَذْكُرُ غُلُولَ الصَّدَقَةِ ، أَنَّهُ مَنْ غَلَّ مِنْهَا بَعِيرًا ، أَوْ شَاةً ، أُتِيَ بِهِ يَوْمَ الْقِيَامَةِ يَحْمِلُهُ ؟ قَالَ : فَقَالَ عَبْدُ اللهِ بْنُ أُنَيْسٍ : بَلَى.

“Rəvayət edilir ki, Abdullah ibn Uneys ﵁ zəkat barəsində Ömər ibn əl-Xattab ilə danışanda Ömər ona dedi: “Sən Allah Elçisinin ﷺ: “Kim zəkat malından bir qoyun və ya dəvə oğurlayarsa, o qoyun və ya dəvə Qiyamət günü gətirilib ona yüklənəcək”- buyurduğunu eşitməmisənmi?” Abdullah ibn Uneys: “Bəli, eşitmişəm”- dedi.”

Abdullah ibn Uneys
Səhih

İstinad

İbn Məcə, 1810 (Zəkat, 28)

Sunən İbn Məcə — Zəkata aid fəsillər