Zəkata aid fəsillər

Pis malın zəkat kimi verilməsinin qadağan olunması

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ سَعِيدٍ الْقَطَّانُ ، حَدَّثَنَا عَمْرُو بْنُ مُحَمَّدٍ الْعَنْقَزِيُّ ، حَدَّثَنَا أَسْبَاطُ بْنُ نَصْرٍ ، عَنِ السُّدِّيِّ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، فِي قَوْلِهِ سُبْحَانَهُ : {وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الأَرْضِ وَلاَ تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ} ، قَالَ : نَزَلَتْ فِي الأَنْصَارِ ، كَانَتِ الأَنْصَارُ تُخْرِجُ إِذَا كَانَ جِدَادُ النَّخْلِ مِنْ حِيطَانِهَا أَقْنَاءَ الْبُسْرِ ، فَيُعَلِّقُونَهُ عَلَى حَبْلٍ بَيْنَ أُسْطُوَانَتَيْنِ فِي مَسْجِدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَيَأْكُلُ مِنْهُ فُقَرَاءُ الْمُهَاجِرِينَ ، فَيَعْمِدُ أَحَدُهُمْ , فَيُدْخِلُ قِنْوَا الْحَشَفُ ، يَظُنُّ أَنَّهُ جَائِزٌ فِي كَثْرَةِ مَا يُوضَعُ مِنَ الأَقْنَاءِ ، فَنَزَلَ فِيمَنْ فَعَلَ ذَلِكَ : {وَلاَ تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ} ، يَقُولُ : لاَ تَعْمِدُوا لِلْحَشَفِ مِنْهُ تُنْفِقُونَ ، {وَلَسْتُمْ بِآخِذِيهِ إِلاَّ أَنْ تُغْمِضُوا فِيهِ} , يَقُولُ : لَوْ أُهْدِيَ لَكُمْ مَا قَبِلْتُمُوهُ إِلاَّ عَلَى اسْتِحْيَاءٍ مِنْ صَاحِبِهِ ، غَيْظًا أَنَّهُ بَعَثَ إِلَيْكُمْ مَا لَمْ يَكُنْ لَكُمْ فِيهِ حَاجَةٌ ، وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ عَنْ صَدَقَاتِكُمْ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ Pak olan Allahın bu kəlamı: “...Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın...” (əl-Bəqərə, 267) haqda belə demişdir: “Bu ayə ənsar haqda nazil olmuşdur. Belə ki xurma toplama vaxtı olduqda ənsar xurma bağlarından təzə xurma salxımlarını toplayar və Allah Elçisinin ﷺ məscidindəki iki dirəyin arasına bağlanmış ipin üzərindən asardı. Kasıb olan mühacirlər də ondan yeyərdilər. Orada olan xurmaların çoxluğuna görə bəziləri heç kim bilməz deyə korlanmış xurmaları onların arasından asardı. Bu hərəkətə görə də bu ayə nazil oldu: “...pis şeylərdən xərcləməyə çalışmayın” (əl-Bəqərə 267). Ravi deyir: “Korlanmış xurmaları buraya asmayın, “ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın”. Əgər bu korlanmış xurmalar sizə hədiyyə edilsəydi, göndərən adamdan sadəcə utandığınız üçün qəzəbli halda “sizə ehtiyacınız olmadığı bir şeyi göndərib”- deyə deyinə-deyinə onu qəbul edərdiniz. Bilin ki, Allahın sizin verdiyiniz zəkatlara ehtiyacı yoxdur”.”

Bəra ibn Azib
Səhih

İstinad

İbn Məcə, 1822 (Zəkat, 40)

Sunən İbn Məcə — Zəkata aid fəsillər