Zəkata aid fəsillər

Fitrə zəkatı

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَحْمَدَ بْنِ بَشِيرِ بْنِ ذَكْوَانَ ، وَأَحْمَدُ بْنُ الأَزْهَرِ ، قَالاَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو يَزِيدَ الْخَوْلاَنِيُّ ، عَنْ سَيَّارِ بْنِ عَبْدِ الرَّحْمَنِ الصَّدَفِيِّ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : فَرَضَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ زَكَاةَ الْفِطْرِ طُهْرَةً لِلصَّائِمِ مِنَ اللَّغْوِ وَالرَّفَثِ ، وَطُعْمَةً لِلْمَسَاكِينِ ، فَمَنْ أَدَّاهَا قَبْلَ الصَّلاَةِ فَهِيَ زَكَاةٌ مَقْبُولَةٌ ، وَمَنْ أَدَّاهَا بَعْدَ الصَّلاَةِ فَهِيَ صَدَقَةٌ مِنَ الصَّدَقَاتِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ oruc tutanın danışdığı faydasız söz və əməllərdən təmizləmək və kasıblara bir azuqə olması üçün fitrə zəkatını vacib etmişdir. Kim bunu bayram namazından qabaq verərsə, o zəkat qəbul olunar. Kim də bunu bayram namazından sonra verərsə, sədəqələrdən bir sədəqə sayılar”.”

İbn Abbas
Həsən

İstinad

İbn Məcə, 1827 (Zəkat, 45)

Sunən İbn Məcə — Zəkata aid fəsillər