Zəkata aid fəsillər

Sədəqənin fəziləti

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ خَيْثَمَةَ ، عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ سَيُكَلِّمُهُ رَبُّهُ ، لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تُرْجُمَانٌ ، فَيَنْظُرُ أَمَامَهُ فَتَسْتَقْبِلُهُ النَّارُ ، وَيَنْظُرُ عَنْ أَيْمَنَ مِنْهُ , فَلاَ يَرَى إِلاَّ شَيْئًا قَدَّمَهُ ، وَيَنْظُرُ عَنْ أَشْأَمَ مِنْهُ , فَلاَ يَرَى إِلاَّ شَيْئًا قَدَّمَهُ ، فَمَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يَتَّقِيَ النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ , فَلْيَفْعَلْ.

“Rəvayət edilir ki, Adiy ibn Hatim ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü elə bir kimsə yoxdur ki, Rəbbi onunla danışmasın. Rəbbi ilə bəndəsi arasında heç bir tərcüməçi də olmayacaq. Bəndə qarşısına baxacaq, od görəcək. Sağına baxacaq, əvvəllər etdiyi əməlləri görəcək. Soluna baxacaq, əvvəllər etdiyi əməllərdən başqa bir şey görməyəcək. Bacardığınız qədər, yarım xurma ilə olsa da, oddan qorunmağa çalışın”.”

Adiy ibn Hatim
Səhih

İstinad

İbn Məcə, 1843 (Zəkat, 61)

Sunən İbn Məcə — Zəkata aid fəsillər