Məscidləri ziyarət edənlər barədə
عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ لَيُنَادِي يَوْمَ الْقِيَامَةِ أَيْنَ جِيرَانِي؟ أَيْنَ جِيرَانِي؟ قَالَ فَتَقُولُ الْمَلائِكَةُ رَبَّنَا وَمَنْ يَنْبَغِي أَنْ يُجَاوِرَكَ فَيَقُولُ أَيْنَ عُمَّارُ الْمَسَاجِدِ؟»
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah Qiyamət günü belə müraciət edəcək: “Qonşularım hanı, qonşularım hanı?!” Mələklər deyəcəklər: “Ey Rəbbimiz! Sənə qonşu olmağa kim layiq ola bilər?” Allah buyuracaq: “Məscidləri ziyarət edənlər hanı?!””
Ənəs
SəhihQeyd
əl-Haris, 126. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2728.
İstinad
Qüdsi hədislər, 34 (Kitab 3, 12)
Səhih qüdsi hədislər — Namaz