Zikr və dua

Zikrin fəziləti

عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «قَالَ اللَّهَ تعالى أَنَا عِنْدَ ظَنِّ عَبْدِى بِى إِنْ ظَنَّ خَيْراً فَلَهُ وَإِنْ ظَنَّ شَرًّا فَلَهُ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Əgər o, xeyir zənn etsə, ona xeyir veriləcəkdir. Əgər o, şər zənn etsə, ona şər veriləcəkdir”.”

Əbu Hureyra
Səhih

Qeyd

İbn Hibban, 639. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 4315.

İstinad

Qüdsi hədislər, 54 (Kitab 6, 4)

Səhih qüdsi hədislər — Zikr və dua