Xeyir öyrənən
عَنْ سَلْمَى أُمِّ بني أَبِي رَافِعٍ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ: يَا رَسُولَ اللَّهِ أَخْبِرْنِي بِكَلِمَاتٍ وَلا تُكْثِرْ عَلَيَّ، فَقَالَ:قُولِي: اللَّهُ أَكْبَرُ عَشَرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي سُبْحَانَ اللَّهِ عَشْرَ مِرَارٍ يَقُولُ اللَّهُ: هَذَا لِي، وَقُولِي اللَّهُمَّ اغْفِرْ لِي يَقُولُ: قَدْ فَعَلْتُ، فَتَقُولِينَ عَشْرَ مِرَارٍ وَيَقُولُ: قَدْ فَعَلْتُ.
“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səlmə Ummi Bəni Əbi Rafi ﵂ demişdir: “Ey Allahın Elçisi! Mənə uzun olmayan kəlmələr öyrət”. Allahın Elçisi ﷺ buyurdu: “On dəfə: “Allahu Əkbər”- de. Allah buyurar: “Bu Mənim üçündür”. On dəfə: “Subhə:n-Allah”- de. Allah buyurar: “Bu Mənim üçündür”. De: “Allahım, məni bağışla!” Allah buyurar: “Artıq (istədiyini) etdim!” Bunu on dəfə desən, Allah da buyurar: “Artıq (istədiyini) etdim!””
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 766, 20222. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih Tərğib vət-Tərhib, 1566.
İstinad
Qüdsi hədislər, 74 (Kitab 6, 24)
Səhih qüdsi hədislər — Zikr və dua