Zikr və dua

Allaha layiq olan şükür

ثنا مُحَمَّدُ بْنُ النَّضْرِ الْحَارِثِيُّ قَالَ: بَلَغَنِي أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَوْحَى إِلَى مُوسَى: أَنْ يَا مُوسَى بْنَ عِمْرَانَ، كُنْ يَقْظَانًا، مُرْتَادًا الفلا أَخْدَانًا، وَكُلُّ خِدْنٍ لَا تُؤْتِيكَ عَلَى مَسَرَّتِي فَلَا تَصْحَبْهُ، فَإِنَّهُ لَكَ عَدُوٌّ، وَهُوَ يُقَسِّي قَلْبَكَ، وَأَكْثِرْ مِنْ ذِكْرِي حَتَّى تَسْتَوْجِبَ الشُّكْرَ، وَتَسْتَكْمِلَ الْمَزِيدَ.

“Rəvayət edilir ki, Muhəmməd ibn ən-Nadr əl-Hərisi ﵀ demişdir: “Mənə çatıb ki, Allah ﷿ Musaya: “Ey Musa ibn İmran, ayıq ol! Özünə dostlar tut! Mənim məhəbbətim üzrə dostluq etməyənlə yoldaşlıq etmə! Çünki o, sənin düşmənindir və qəlbini sərtləşdirər. Şükür etməyin və nemətlərin artması üçün Məni çox xatırla!”- deyə vəhy etdi”.”

Muhəmməd ibn ən-Nadr əl-Hərisi
Səhih

Qeyd

Əhməd “əz-Zuhd” səh. 108; İbn Əbud-Dunyə “əş-Şukur” 164. Hədis səhihdir.

İstinad

Qüdsi hədislər, 84 (Kitab 6, 34)

Səhih qüdsi hədislər — Zikr və dua