Yoxsulların və mühacirlərin Cənnətə birinci daxil olması
سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: إِنَّ أَوَّلَ ثُلَّةٍ تَدْخُلُ الْجَنَّةَ الْفُقَرَاءُ الْمُهَاجِرُونَ، الَّذِينَ تُتَّقَى بِهِمُ الْمَكَارِهُ، إِذَا أُمِرُوا سَمِعُوا وَأَطَاعُوا، وَإِنْ كَانَتْ لِرَجُلٍ مِنْهُمْ حَاجَةٌ إِلَى السُّلْطَانِ، لَمْ تُقْضَ لَهُ حَتَّى يَمُوتَ وَهِيَ فِي صَدْرِهِ، وَإِنَّ اللَّهَ تَعَالَى يَدْعُو يَوْمَ الْقِيَامَةِ الْجَنَّةَ، فَتَأْتِي بِزُخْرُفِهَا وَرِيِّهَا فَيَقُولُ: أَيْنَ عِبَادِيَ الَّذِينَ قَاتَلُوا فِي سَبِيلِ اللهِ، وَقُتِلُوا فِي سَبِيلِي، وَأُوذُوا فِي سَبِيلِي، وَجَاهَدُوا فِي سَبِيلِي، ادْخُلُوا الْجَنَّةَ فَيَدْخُلُونَهَا بِغَيْرِ حِسَابٍ، وَلاَ عَذَابٍ فَتَأْتِي الْمَلاَئِكَةُ فَيَقُولُونَ: رَبَّنَا نَحْنُ نُسَبِّحُ لَكَ اللَّيْلَ وَالنَّهَارَ، وَنُقَدِّسُ لَكَ مَنْ هَؤُلاَءِ الَّذِينَ آثَرْتَهُمْ عَلَيْنَا؟ فَيَقُولُ الرَّبُّ تَبَارَكَ وَتَعَالَى: هَؤُلاَءِ الَّذِينَ قَاتَلُوا فِي سَبِيلِي، وَأُوذُوا فِي سَبِيلِي، فَتَدْخُلُ عَلَيْهِمُ الْمَلاَئِكَةُ مِنْ كُلِّ بَابٍ ﴿سَلاَمٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ﴾»
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cənnətə daxil olacaq birinci üç (qism insan) yoxsullar və mühacirlərdir. O kəslər ki, bəyənilməyən əməllərdən çəkindilər. Onlara əmr edildikdə qulaq asar və itaət edərdilər. Əgər onlardan bir kişinin hakimə ehtiyacı olardısa, (məsələ) onun lehinə həll edilməzdi. Hətta onun (ehtiyacı) ürəyində qaldığı halda öldü. Allah ﷿ Qiyamət günü Cənnəti çağıracaq, o da (Allahın hüzuruna) öz zinəti ilə gələcək. Allah buyuracaq: “Mənim yolumda döyüşən, öldürülən, əziyyətə məruz qalan və yolumda cihad edənlər hardadır? Cənnətə daxil olun!” Onlar da sorğu-sualsız Cənnətə girəcəklər. (Sonra) mələklər gəlib səcdə edər və deyərlər: “Ey Rəbbimiz! Biz bunlardan fərqli olaraq Səni gecə-gündüz həmd-səna ilə tərifləyir və Səni müqəddəs tuturuq, Sən isə onları bizdən üstün tutdun”. Rəbb ﷿ buyuracaq: “Bunlar Mənim yolumda döyüşən və Mənim yolumda əziyyətə məruz qalan qullarımdır”. (Bundan sonra) mələklər onların yanına (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (ər-Rad, 24)”.”
Qeyd
əl-Hakim, 2393. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2559.
İstinad
Qüdsi hədislər, 89 (Kitab 7, 4)
Səhih qüdsi hədislər — Fəzilətlər