Allahdan qorxmaq haqda
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «قَالَ رَجُلٌ لَمْ يَعْمَلْ حَسَنَةً قَطُّ لأَهْلِهِ: "إِذَا مَاتَ فَحَرِّقُوهُ ثُمَّ اذْرُوا نِصْفَهُ فِى الْبَرِّ وَنِصْفَهُ فِى الْبَحْرِ فَوَاللَّهِ لَئِنْ قَدَرَ اللَّهُ عَلَيْهِ لَيُعَذِّبَنَّهُ عَذَابًا لاَ يُعَذِّبُهُ أَحَدًا مِنَ الْعَالَمِينَ" فَلَمَّا مَاتَ الرَّجُلُ فَعَلُوا مَا أَمَرَهُمْ فَأَمَرَ اللَّهُ الْبَرَّ فَجَمَعَ مَا فِيهِ وَأَمَرَ الْبَحْرَ فَجَمَعَ مَا فِيهِ ثُمَّ قَالَ: "لِمَ فَعَلْتَ هَذَا" قَالَ: "مِنْ خَشْيَتِكَ, يَا رَبِّ! وَأَنْتَ أَعْلَمُ". فَغَفَرَ اللَّهُ لَهُ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir savab iş görməyən bir adam ailəsinə belə vəsiyyət etdi: “Mən öləndə məni yandırın, sonra (bədənimin) yarısını quruya, yarısını da dənizə səpələyin! Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olarsa, aləmlərdən heç bir kəsə vermədiyi əzabı mənə verər”. Həmin adam öləndə, ailəsi onun əmr etdiyini yerinə yetirdi. (Qiyamət günü) Allah quruya əmr edir, o da içindəkilərini yığır, dənizə əmr edir, o da içindəkilərini yığır. (Həmin adam vücuda gəldikdən) sonra Allah buyurur: “Bunu nə üçün etdin?” O: “Sənin qorxundan, ey Rəbbim! Sən daha yaxşı bilirsən!” – deyir. Allah onu əfv edir”.”
Qeyd
Muslim, 4949, 7156. Bu hədisin başqa bir ləfzi belədir: “Uzaq keçmişdə Allah bir adama çoxlu mal-dövlət və övlad vermişdi. Onun ölüm vaxtı gəlib çatanda övladlarını başına yığıb dedi: “Sizə necə ata olmuşam?” Onlar dedilər: “Ən yaxşı ata olmusan”. O dedi: “Allaha and olsun ki, mən özüm üçün Allah dərgahında heç bir xeyir hazırlamadım. Əgər Rəbbim məni diriltsə, mənə əzab verəcək. Mən öldükdən sonra məni yandırın və (külümü) ovxalayıb toza döndərin, sonra onu güclü küləkdə (havaya) sovurun”. (Qiyamət günü) Allah: “Ol!”- deyə buyuracaq. O da dərhal ayağa qalxacaq. Allah: “Bunu etməyə səni nə vadar etdi?”- deyə soruşacaq. O: “Səndən qorxduğum üçün!”- deyə cavab verəcək. Allah Elçisi ﷺ dedi: “Canım əlində olan Allaha and olsun! O, Allahla görüşdükdə, sözsüz ki, onu bağışlayacaqdı”. (İbn Hibban, 649. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 3048).
İstinad
Qüdsi hədislər, 91 (Kitab 7, 6)
Səhih qüdsi hədislər — Fəzilətlər