Allahın Əyyuba ﵇ olan lütfü
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «بَيْنَا أَيُّوبُ يَغْتَسِلُ عُرْيَانًا فَخَرَّ عَلَيْهِ جَرَادٌ مِنْ ذَهَبٍ، فَجَعَلَ أَيُّوبُ يَحْتَثِى فِى ثَوْبِهِ، فَنَادَاهُ رَبُّهُ يَا أَيُّوبُ، أَلَمْ أَكُنْ أَغْنَيْتُكَ عَمَّا تَرَى قَالَ بَلَى وَعِزَّتِكَ وَلَكِنْ لاَ غِنَى بِى عَنْ بَرَكَتِكَ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əyyub çılpaq çimərkən onun üstünə qızıldan çəyirtkələr töküldü. Əyyub onları paltarının (cibinə) yığmağa başladı. Bu vaxt Rəbbi onu çağırıb: “Ey Əyyub! Məgər Mən səni bu gördüyündən (də artığı ilə) zəngin etmədimmi?”- deyə buyurdu. Əyyub: “Bəli, Sənin izzətinə and olsun ki, (elədir), lakin mən (hər zaman) Sənin bərəkətinə möhtacam”- deyə cavab verdi”.”
Qeyd
əl-Buxari, 275, 279.
İstinad
Qüdsi hədislər, 163 (Kitab 12, 10)
Səhih qüdsi hədislər — Peyğəmbərlər