Peyğəmbərlər

Musanın ﵇ ölüm mələyi ilə qarşılaşması

عَنْ أَبِى هُرَيْرَةَ قَالَ «أُرْسِلَ مَلَكُ الْمَوْتِ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ فَلَمَّا جَاءَهُ صَكَّهُ فَرَجَعَ إِلَى رَبِّهِ فَقَالَ أَرْسَلْتَنِى إِلَى عَبْدٍ لاَ يُرِيدُ الْمَوْتَ. فَرَدَّ اللَّهُ عَلَيْهِ عَيْنَهُ وَقَالَ ارْجِعْ فَقُلْ لَهُ يَضَعُ يَدَهُ عَلَى مَتْنِ ثَوْرٍ، فَلَهُ بِكُلِّ مَا غَطَّتْ بِهِ يَدُهُ بِكُلِّ شَعْرَةٍ سَنَةٌ. قَالَ أَىْ رَبِّ، ثُمَّ مَاذَا قَالَ ثُمَّ الْمَوْتُ. قَالَ فَالآنَ. فَسَأَلَ اللَّهَ أَنْ يُدْنِيَهُ مِنَ الأَرْضِ الْمُقَدَّسَةِ رَمْيَةً بِحَجَرٍ». قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «فَلَوْ كُنْتُ ثَمَّ لأَرَيْتُكُمْ قَبْرَهُ إِلَى جَانِبِ الطَّرِيقِ عِنْدَ الْكَثِيبِ الأَحْمَرِ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ölüm mələyi Musanın yanına göndərildi. Mələk Musanın yanına gəldikdə, Musa onu vurdu (və onun gözü çıxdı). Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin”. Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qayıt ona de ki: “Əlini öküzün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər hər bir tükün müqabilində ömrü bir il artacaq”. Musa dedi: “Ey Rəbbim! Sonra nə olacaq?” Allah buyurdu: “Sonra öləcəksən”. Musa dedi: “Elə isə indi (ölmək istəyirəm)”. Sonra da Allahdan onu atılmış bir daşın uçub düşdüyü məsafə qədər müqəddəs torpağa yaxınlaşdırmasını dilədi”. Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dedi: “Əgər orada olsaydım, sizə onun yolun kənarında, qırmızı qum təpəsinin yanında (yerləşən) qəbrini göstərərdim”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 1253, 1274, 1339; Muslim, 4375, 6292, 6298.

İstinad

Qüdsi hədislər, 168 (Kitab 12, 15)

Səhih qüdsi hədislər — Peyğəmbərlər