Cənnətə ən son daxil olan haqda
عَنْ أَبِي ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّي لَأَعْلَمُ آخِرَ أَهْلِ الْجَنَّةِ دُخُولًا الْجَنَّةَ وَآخِرَ أَهْلِ النَّارِ خُرُوجًا مِنْهَا رَجُلٌ يُؤْتَى بِهِ يَوْمَ الْقِيَامَةِ فَيُقَالُ اعْرِضُوا عَلَيْهِ صِغَارَ ذُنُوبِهِ وَارْفَعُوا عَنْهُ كِبَارَهَا فَتُعْرَضُ عَلَيْهِ صِغَارُ ذُنُوبِهِ فَيُقَالُ عَمِلْتَ يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا وَعَمِلْتَ يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا فَيَقُولُ نَعَمْ لَا يَسْتَطِيعُ أَنْ يُنْكِرَ وَهُوَ مُشْفِقٌ مِنْ كِبَارِ ذُنُوبِهِ أَنْ تُعْرَضَ عَلَيْهِ فَيُقَالُ لَهُ فَإِنَّ لَكَ مَكَانَ كُلِّ سَيِّئَةٍ حَسَنَةً فَيَقُولُ رَبِّ قَدْ عَمِلْتُ أَشْيَاءَ لَا أَرَاهَا هَا هُنَا فَلَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən Cəhənnəmdən ən axırıncı çıxanın və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. Qiyamət günü o, (Allahın hüzuruna) gətiriləcək və belə deyiləcək: “Onun kiçik günahlarını ona bildirin, böyük günahlarını isə (əməl dəftərindən) silin”. Kiçik günahları ona bildiriləcək və belə deyiləcək: “Sən filan gün bunları etdin, filan gün bunları etdin”. O: “Bəli”- deyə cavab verəcək və ona bildirilən günahların böyüklüyündən qorxduğuna görə onları inkar edə bilməyəcək. Bu vaxt ona belə buyurulacaq: “Hər günahının yerinə sənin üçün bir savab var”. Bu zaman o deyəcək: “Ya Rəbbim! Mən elə şeylər etmişəm ki, onları burada görmürəm!?” Gördüm ki, Allah Elçisi ﷺ güldü, hətta azı dişləri göründü”.”
Qeyd
Muslim, 277, 487.
İstinad
Qüdsi hədislər, 224 (Kitab 14, 13)
Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm