Cənnət padşahların məskənidir
عَنْ أَبِي سَعِيدٍ قَالَ: «خَلَقَ اللهُ تَبَارَكَ وَتَعَالَى الْجَنَّة، لَبِنَة مِنْ ذَهَب وَلَبِنَة مِنْ فِضَّة، وَغَرَسَهَا، وَقَالَ لَهَا: تَكَلَّمِي فَقَالَتْ: ﴿قَدْ أَفْلَحَ الْمُؤمِنُونَ﴾. فَدَخَلَتْهَا الْمَلاَئِكَة، فَقَالَت طُوبَاكِ مَنْزِل الْمُلُوكِ».
“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Uca Allah Cənnəti bir kərpic qızıldan, bir kərpic gümüşdən yaratdı, orada bitkilər saldı və ona buyurdu: “Danış!” Cənnət dedi: “Möminlər, həqiqətən də, nicat tapmışlar” (əl-Muminun, 1). Mələklər də ora daxil olub dedilər: “Xoş olsun sənin halına, ey padşahların məskəni!””
Qeyd
əl-Bəzzər, 3507. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2662; Səhih Tərğib vət-Tərhib, 3714.
İstinad
Qüdsi hədislər, 231 (Kitab 14, 20)
Səhih qüdsi hədislər — Cənnət və Cəhənnəm