Elm

Elm məclisinin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللَّهُ فِي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنِ أَخِيهِ وَمَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللَّهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ وَمَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِنْ بُيُوتِ اللَّهِ يَتْلُونَ كِتَابَ اللَّهِ وَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ إِلَّا نَزَلَتْ عَلَيْهِمْ السَّكِينَةُ وَغَشِيَتْهُمْ الرَّحْمَةُ وَحَفَّتْهُمْ الْمَلَائِكَةُ وَذَكَرَهُمْ اللَّهُ فِيمَنْ عِنْدَهُ وَمَنْ بَطَّأَ بِهِ عَمَلُهُ لَمْ يُسْرِعْ بِهِ نَسَبُهُ

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borca düşənə asanlıq göstərərsə, Allah da ona dünyada və Axirətdə asanlıq göstərər. Kim müsəlmanın eyibini (xətasını) örtərsə, Allah da dünyada və Axirətdə onun eyibini (xətasını) örtər. Qul öz (müsəlman) qardaşına yardım etdikcə, Allah da ona yardım etməyə davam edər. Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah da ona Cənnətə aparan yolu asanlaşdırar. Hər hansı bir qövm Allahın evlərindən birində toplanıb, Allahın Kitabını oxuyar və öyrənərlərsə, şübhəsiz onların üzərlərinə sükunət enər və onları rəhmət bürüyər. Mələklər onları əhatə edər və Allah onları Öz dərgahında olanların yanında yad edər. Əməl etməkdə geriyə qalanı, nəsəbi irəli sala bilməz”.”

Əbu Hureyra
Səhih

Qeyd

Muslim, 2699, 4867.

İstinad

Fəzilətli əməllər, 6 (Kitab 1, 6)

Fəzilətli əməllər — Elm