Elm məclisinin fəziləti
عَنْ سُهَيْلِ بن حَنْظَلَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا جَلَسَ قَوْمٌ يَذْكُرُونَ اللَّهَ تعالى فَيَقُومُونَ حَتَّى يُقَالَ لَهُمْ: قُومُوا، قَدْ غَفَرَ اللَّهُ لَكُمْ ذُنُوبَكُمْ، وبُدِّلَتْ سَيِّئَاتُكُمْ حَسَنَاتٍ».
“Rəvayət edilir ki, Suheyl ibn Hənzalə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Oturub Uca Allahı yad edən (zikr edən) elə bir qövm yoxdur ki, onlar ayağa qalxdıqda belə deyilməsin: “Qalxın, Allah günahlarınızı bağışladı və günahlarınız savablarla əvəz edildi”.”
Suheyl ibn Hənzalə
SəhihQeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 639, 5907. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2210.
İstinad
Fəzilətli əməllər, 9 (Kitab 1, 9)
Fəzilətli əməllər — Elm