Fərz namazlarının fəziləti
عَنْ أَبِى هُرَيْرَةَ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَرًا بِبَابِ أَحَدِكُمْ، يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسًا، مَا تَقُولُ ذَلِكَ يُبْقِى مِنْ دَرَنِهِ؟» قَالُوا: لاَ يُبْقِى مِنْ دَرَنِهِ شَيْئًا، قَالَ: «فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الْخَمْسِ، يَمْحُو اللَّهُ بِهَا الْخَطَايَا»
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?” Əshabələr: “Onun (bədənindəki) çirkabdan heç nə qalmazdı”- deyə cavab verdikdə, Allah Elçisi ﷺ buyurdu: “Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah bununla günahları silir!””
Qeyd
əl-Buxari, 497, 528; Muslim, 667, 1071, 1554.
İstinad
Fəzilətli əməllər, 120 (Kitab 4, 7)
Fəzilətli əməllər — Fərz və camaat namazları