Camaat namazının adi namazdan üstünlüyü
عَنْ أَبِى هُرَيْرَةَ ، عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «صَلاَةُ الْجَمِيعِ تَزِيدُ عَلَى صَلاَتِهِ فِى بَيْتِهِ، وَصَلاَتِهِ فِى سُوقِهِ خَمْسًا وَعِشْرِينَ دَرَجَةً، فَإِنَّ أَحَدَكُمْ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ وَأَتَى الْمَسْجِدَ، لاَ يُرِيدُ إِلاَّ الصَّلاَةَ، لَمْ يَخْطُ خُطْوَةً إِلاَّ رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً، وَحَطَّ عَنْهُ خَطِيئَةً، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ، وَإِذَا دَخَلَ الْمَسْجِدَ كَانَ فِى صَلاَةٍ مَا كَانَتْ تَحْبِسُهُ، وَتُصَلِّى – يَعْنِى عَلَيْهِ – الْمَلاَئِكَةُ مَا دَامَ فِى مَجْلِسِهِ الَّذِى يُصَلِّى فِيهِ اللَّهُمَّ اغْفِرْ لَهُ، اللَّهُمَّ ارْحَمْهُ، مَا لَمْ يُحْدِثْ فِيهِ»
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(İnsanın) camaatla qıldığı namazı öz evində və ya bazarda (fərdi şəkildə) qıldığı namazdan iyirmi beş dəfə artıqdır. Çünki sizdən biri lazımı qaydada dəstəmaz alıb məscidə ancaq namaz qılmaq məqsədilə gəlsə, məscidə daxil olanadək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qaldığı vaxt ərzində namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində dəstəmazı pozulanadək mələklər onun üçün: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyə dua edərlər”.”
Qeyd
əl-Buxari, 457, 477; Muslim, 1059, 1476, 1538.
İstinad
Fəzilətli əməllər, 127 (Kitab 4, 14)
Fəzilətli əməllər — Fərz və camaat namazları