Camaata sarılmaq
عَنْ مُحَمَّدِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ عَنْ أَبِيهِ قَالَ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِالْخَيْفِ مِنْ مِنًى فَقَالَ «نَضَّرَ اللَّهُ امْرَأً سَمِعَ مَقَالَتِى فَبَلَّغَهَا فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ وَرُبَّ حَامِلِ فِقْهٍ إِلَى مَنْ هُوَ أَفْقَهُ مِنْهُ ثَلاَثٌ لاَ يُغِلُّ عَلَيْهِنَّ قَلْبُ مُؤْمِنٍ إِخْلاَصُ الْعَمَلِ لِلَّهِ وَالنَّصِيحَةُ لِوُلاَةِ الْمُسْلِمِينَ وَلُزُومُ جَمَاعَتِهِمْ فَإِنَّ دَعْوَتَهُمْ تُحِيطُ مِنْ وَرَائِهِمْ».
“Muhəmməd ibn Cubeyr ibn Mutim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Minadakı Xeyf məscidində belə buyurdu: “Sözlərimi eşidib onu olduğu kimi çatdıranın Allah üzünü ağ etsin! Ola bilsin ki, hədisi daşıyan heç də anlayışlı olmasın. Ola bilsin ki, hədisi daşıyan onu daha anlayışlı olana ötürsün. Üç əməl var ki, möminin qəlbində onlara görə kin-küdurətə yer qalmaz; əməli yalnız Allah üçün etmək, müsəlmanların rəhbərlərinə nəsihət etmək və onların camaatına bağlı olmaq. Həqiqətən, onlar (rəhbərlər) üçün edilən hətta bir dua belə onların qorunmasına səbəbdir”.”
Qeyd
İbn Macə, 3056, 3172. Hədis səhihdir. Bax: Ziləlul-Cənnə, 1085.
İstinad
Fəzilətli əməllər, 136 (Kitab 4, 23)
Fəzilətli əməllər — Fərz və camaat namazları