Fərz və camaat namazları

Camaat namazını qılmaq üçün məscidləri ziyarət edənlər

عَنْ ميثم رَجُلٌ مِنْ أَصْحَابِ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «بَلَغَنِي أَنَّ الْمَلَكَ يَغْدُو بِرَايَتِهِ مَعَ أَوَّل مِنْ يَغْدُو إِلَى الْمَسْجِد، فَلاَ يَزَالُ بِهَا مَعَهُ حَتَّى يَرْجِعَ فَيَدخُلَ بِهَا مَنْزِلَهُ، وَإِنَّ الشَّيْطَانَ يَغْدُو بِرَايَتِهِ إِلَى السُّوق مَعَ أَوَّل مَنْ يَغْدُو، فَلاَ يَزَال بِهَا مَعَهُ حَتَّى يَرْجِعَ فَيُدخِلَها مَنْزِلَهُ».

“Allah Elçisinin ﷺ səhabələrindən olan Meysəm ﵁ demişdir: “Mənə çatmışdır ki, mələk öz bayrağı ilə səhər məscidə birinci gedənlə yanaşı gedir və evinə qayıdıb girənədək mələk (bayrağı ilə) onun yanında olur. Həqiqətən, şeytan öz bayrağı ilə səhər bazara birinci gedənlə yanaşı gedir və o, evinə qayıdıb girənədək şeytan (bayrağı ilə) onun yanında olur”.”

Meysəm
Səhih

Qeyd

İbn Əbu Asim, 2715, 2394. Hədis səhih-məvqufdur. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 422.

İstinad

Fəzilətli əməllər, 148 (Kitab 4, 35)

Fəzilətli əməllər — Fərz və camaat namazları