Fərz və camaat namazları

Camaat namazını qılmaq üçün məscidləri ziyarət edənlər

عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ قَالَ حَضَرَ رَجُلاً مِنَ الأَنْصَارِ الْمَوْتُ فَقَالَ إِنِّى مُحَدِّثُكُمْ حَدِيثًا مَا أُحَدِّثُكُمُوهُ إِلاَّ احْتِسَابًا سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَأَحْسَنَ الْوُضُوءَ ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ لَمْ يَرْفَعْ قَدَمَهُ الْيُمْنَى إِلاَّ كَتَبَ اللَّهُ عَزَّ وَجَلَّ لَهُ حَسَنَةً وَلَمْ يَضَعْ قَدَمَهُ الْيُسْرَى إِلاَّ حَطَّ اللَّهُ عَزَّ وَجَلَّ عَنْهُ سَيِّئَةً فَلْيُقَرِّبْ أَحَدُكُمْ أَوْ لِيُبَعِّدْ فَإِنْ أَتَى الْمَسْجِدَ فَصَلَّى فِى جَمَاعَةٍ غُفِرَ لَهُ فَإِنْ أَتَى الْمَسْجِدَ وَقَدْ صَلَّوْا بَعْضًا وَبَقِىَ بَعْضٌ صَلَّى مَا أَدْرَكَ وَأَتَمَّ مَا بَقِىَ كَانَ كَذَلِكَ فَإِنْ أَتَى الْمَسْجِدَ وَقَدْ صَلَّوْا فَأَتَمَّ الصَّلاَةَ كَانَ كَذَلِكَ».

“Rəvayət edilir ki, Səid ibn Museyyib ﵀ demişdir: “Ənsardan olan bir kişi ölüm ayağında dedi: “Sizə bir hədis söyləyəcəyəm. Bu hədisi yalnız Allahdan mükafatını umduğuma görə söyləyirəm. Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Biriniz gözəl şəkildə dəstəmaz aldıqdan sonra namaza gedərsə, hər dəfə sağ ayağını qaldırdıqda, Allah ﷿ ona bir savab yazar və hər dəfə sol ayağını yerə basdıqda, Allah ﷿ onun bir günahını silər. Qoy (məscidə gedən addımlarını bir-birinə) yaxınlaşdırsın, istəsə isə uzaqlaşdırsın! Məscidə gəlib camaatla namaz qılarsa, günahları bağışlanar. Əgər namazın bir qismi artıq qılınmış halda məscidə gələrsə, yetişdiyini onlarla qılıb qalanını tamamlayarsa, o savaba nail olar. Əgər namaz qılınıb qurtaran zaman məscidə gələr və tək namaz qılarsa, yenə o savaba nail olar”.”

Səid ibn Museyyib
Səhih

Qeyd

Əbu Davud, 563. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 440.

İstinad

Fəzilətli əməllər, 152 (Kitab 4, 39)

Fəzilətli əməllər — Fərz və camaat namazları