Fərz və camaat namazları

Məscidə uzaq yerdən gəlmək

عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَانَتِ الأَنْصَارُ بَعِيدَةً مَنَازِلُهُمْ مِنَ الْمَسْجِدِ فَأَرَادُوا أَنْ يَقْتَرِبُوا فَنَزَلَتْ }وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ{ قَالَ فَثَبَتُوا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ənsarların evləri məsciddən uzaq idi və onlar (məscidə) yaxın yerə köçmək istəyirdilər. Ona görə bu ayə nazil oldu: “Onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik” (Yasin, 12) - və onlar yerlərində qaldılar”.”

İbn Abbas
Səhih

Qeyd

İbn Macə, 785, 834. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 305.

İstinad

Fəzilətli əməllər, 176 (Kitab 4, 63)

Fəzilətli əməllər — Fərz və camaat namazları