Fərz və camaat namazları

Çöllükdə qılınan namaz

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «صَلاَةُ الرَّجُلِ فِي جَمَاعَةٍ تَزِيدُ عَلَى صَلاَتِهِ وَحْدَهُ خَمْساً وَعِشْرِينَ دَرَجَةً فَإِذَا صَلاَّهَا بِأَرْضِ فَلاَةٍ فَأَتَمَّ وُضُوءَهَا وَرُكُوعَهَا وَسُجُودَهَا بَلَغَتْ صَلاَتُهُ خَمْسِينَ دَرَجَةً»

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “Bir kişinin camaatla qıldığı namazı tək qıldığı namazından iyirmi beş dərəcə üstündür. Namazın dəstəmazına, rukusuna və səcdələrinə tam riayət edərək səhrada qıldığı namaz isə əlli dərəcə üstün olar”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

Abd ibn Humeyd “Musnəd” 976. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3824.

İstinad

Fəzilətli əməllər, 184 (Kitab 4, 71)

Fəzilətli əməllər — Fərz və camaat namazları