Namazda olan cərgənin fəziləti
عَنْ أَبِي أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى الصَّفِّ الْأَوَّلِ قَالُوا يَا رَسُولَ اللَّهِ وَعَلَى الثَّانِي قَالَ إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى الصَّفِّ الْأَوَّلِ قَالُوا يَا رَسُولَ اللَّهِ وَعَلَى الثَّانِي قَالَ وَعَلَى الثَّانِي قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَوُّوا صُفُوفَكُمْ وَحَاذُوا بَيْنَ مَنَاكِبِكُمْ وَلِينُوا فِي أَيْدِي إِخْوَانِكُمْ وَسُدُّوا الْخَلَلَ فَإِنَّ الشَّيْطَانَ يَدْخُلُ بَيْنَكُمْ بِمَنْزِلَةِ الْحَذَفِ يَعْنِي أَوْلَادَ الضَّأْنِ الصِّغَارَ... إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى الصَّفِّ الْأَوَّلِ أَوْ الصُّفُوفِ الْأُوَلِ.... خِيَارُكُمْ أَلْيَنُكُمْ مَنَاكِبًا فِي الصَّلاةِ ، وَمَا مِنْ خُطْوَةٍ أَعْظَمُ أَجْرًا مِنْ خُطْوَةٍ مَشَاهَا رَجُلٌ إِلَى فُرْجَةٍ فِي الصَّفٍّ فَسَدَّهَا
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah və Onun mələkləri birinci cərgədə duranlara salavat edirlər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, ikinci cərgədə duranlara da?” O buyurdu: “Həqiqətən, Allah və Onun mələkləri birinci cərgədə duranlara salavat edirlər”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, ikinci cərgədə duranlara da?” O buyurdu: “İkinci cərgədə duranlara da”. Allah Elçisi ﷺ dedi: “Cərgələrinizi düzəldin, çiyinlərinizi bərabərləşdirin və (cərgəyə daxil olmaq istəyənlər üçün) çiyinlərinizi yumşaldın, boşluqları doldurun, çünki şeytan sizin aranızdan balaca quzular kimi keçər”. Digər rəvayətlərdə belə deyilir: “Həqiqətən, Allah ﷿ və Onun mələkləri birinci və ya ön cərgələrdə duranlara salavat edirlər”. “Sizin ən xeyirliniz namazda çiyni (cərgəyə daxil olmaq istəyənlər üçün) yumşaq olanınızdır. Kişinin cərgəni doldurmaq üçün atdığı addımdan mükafatı daha böyük addım yoxdur”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Əvsat” 5240, “Mucəmul-Kəbir” 937. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 504.
İstinad
Fəzilətli əməllər, 190 (Kitab 4, 77)
Fəzilətli əməllər — Fərz və camaat namazları