Təklikdə qılınan nafilə namazın fəziləti
عَنْ صُهَيْب قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَضْلُ صَلاَة الرَّجُلِ فِي بَيْتِهِ عَلَى صَلاَتِهِ حَيْثُ يَرَاهُ النَّاسُ، كَفَضْلِ الْمَكْتُوبَةِ عَلَى النَّافِلَةِ».
“Rəvayət edilir ki, Suheyb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Fərz namazı nafilə namazından üstün olduğu kimi, kişinin evində qıldığı nafilə namazı da insanların yanında qıldığı (nafilə) namazdan üstündür”.”
Suheyb
HəsənQeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 7322. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4217.
İstinad
Fəzilətli əməllər, 208 (Kitab 5, 4)
Fəzilətli əməllər — Nafilə namazlar