Nafilə namazlar

Sünnə namazlarını evdə qılmaq

عَنْ زَيْدِ بْنِ ثَابِتٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اتَّخَذَ حُجْرَةً - قَالَ حَسِبْتُ أَنَّهُ قَالَ - مِنْ حَصِيرٍ فِى رَمَضَانَ فَصَلَّى فِيهَا لَيَالِىَ، فَصَلَّى بِصَلاَتِهِ نَاسٌ مِنْ أَصْحَابِهِ، فَلَمَّا عَلِمَ بِهِمْ جَعَلَ يَقْعُدُ، فَخَرَجَ إِلَيْهِمْ فَقَالَ: «قَدْ عَرَفْتُ الَّذِى رَأَيْتُ مِنْ صَنِيعِكُمْ، فَصَلُّوا أَيُّهَا النَّاسُ فِى بُيُوتِكُمْ، فَإِنَّ أَفْضَلَ الصَّلاَةِ صَلاَةُ الْمَرْءِ فِى بَيْتِهِ إِلاَّ الْمَكْتُوبَةَ».

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Ramazan ayında özü üçün hücrə (kiçik alaçıq) düzəltdi və bir neçə gecə orada namaz qıldı. Əshabələrindən bir qismi ona qoşulub bu namazı qılmağa başladı. O, bunu biləndə evində oturub namaza çıxmadı. Sonra onların yanına gəlib dedi: “Mən sizin nə etdiyinizi başa düşürəm. Ancaq ey insanlar, öz evlərinizdə namaz qılın, çünki fərz namazlarından başqa ən fəzilətli namaz insanın öz evində qıldığı namazdır”.”

Zeyd ibn Sabit
Səhih

Qeyd

əl-Buxari, 689, 731.

İstinad

Fəzilətli əməllər, 210 (Kitab 5, 6)

Fəzilətli əməllər — Nafilə namazlar